Noyabrın 20-də ETN İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin doktorantı Səttarov Fəxri Rasim oğlunun 5308.01 – “Ümumi iqtisadiyyat” ixtisası üzrə “Monetar siyasətin Azərbaycanın qiymətli kağızlar bazarına təsirinin qiymətləndirilməsi” mövzusunda iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib.
Prof. Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasda iddiaçı F.Səttarov dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.org.az).






