Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun kitabxana müdiri, tarix üzrə fəlsəfə doktoru Şəfəq İslamovanın “Kitabxanaların rəqəmsal transformasiyası” adlı monoqrafiyası çap edilib.
İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı əsasında çap edilən kitabın elmi redaktoru tarix elmləri doktoru, professor Xəlil İsmayılov, rəyçiləri - iqtisad elmləri doktoru Seyfəddin Səməndərov və iqtisad üzrə fəlsəfə doktoru Gülnarə Fətəliyevadır.
Monoqrafiyada sosial-iqtisadi dəyişikliklər şəraitində kitabxanaların rəqəmsal mühitə adaptasiyası, çoxşaxəli funksiyaları, innovativ fəaliyyət istiqamətləri, süni intellekt, müəllif hüquqlarının qorunması, kibertəhlükəsizlik kimi aktual məsələlər geniş şəkildə təhlil edilir. Bununla yanaşı, kitabxanaların rəqəmsal mühitə uyğunlaşması, elm və təhsil sahələri ilə əməkdaşlığı, müxtəlif ölkələrdə kitabxana-informasiya sistemlərinin təşkili və inkişaf xüsusiyyətləri, təkmilləşdirilməsi istiqamətlərinə diqqət yetirilir.
Monoqrafiya kitabxanaşünaslıq və informasiya elmləri sahəsində çalışan tədqiqatçılar, ali təhsil müəssisələrinin müəllim və tələbələri, həmçinin sosial və humanitar sahələrə maraq göstərən oxucular üçün elmi-metodoloji baxımdan dəyərli mənbə kimi təqdim olunur.
Kitabın elektron variantı






