Hörmətli həmkarlar,
Məlumat üçün bildiririk ki, 02 oktyabr 2026-cı il tarixində, saat 14:30-da "Elmi nüfuzdan real təsirə: Tədqiqatın cəmiyyətə təsirinin təhlili və qiymətləndirilməsi" mövzusunda vebinar keçiriləcək.
Vebinar çərçivəsində yüksək istinad göstəricilərinə malik müəlliflər və elmi nəşrlərin nümunəsində akademik mükəmməlliyin real təsirə çevrilməsi, tədqiqatların patentlərdə və siyasət sənədlərində əks olunan təsirinin yeni məlumat və analitik göstəricilər əsasında qiymətləndirilməsi məsələləri nəzərdən keçiriləcək.
Həmçinin elmi təsirin ölçülməsi və nümayiş etdirilməsi üzrə praktiki yanaşmalar, eləcə də bu yanaşmaların institusional strategiyanın formalaşdırılması, hesabatlılıq və maraqlı tərəflərlə səmərəli kommunikasiyada tətbiqi real nümunələr əsasında təqdim olunacaq.
Vebinar barədə ətraflı məlumat aşağıda təqdim olunur:
Mövzu: "Elmi nüfuzdan real təsirə: Tədqiqatın cəmiyyətə təsirinin təhlili və qiymətləndirilməsi"
Tarix: 02.10.2026
Saat: 14:30
Təqdimatçı: Xəyalə Hacıyeva,
Clarivate, Müştəri Məmnuniyyətləri üzrə Məsləhətçi
Qeydiyyat linki: https://bit.ly/4hly8Dm
Link üzərindən qeydiyyatda çətinlik yaranarsa əlavədəki posterdə olan QR kodu oxudaraq qeydiyyatdan keçə bilərsiniz.






