Bakıda səfərdə olan Yaponiyanin KEIO Universitetinin tələbələrdən ibarət nümayəndə heyəti ETN İqtisadiyyat İnstitutunda olublar.
ETN İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli (İmanov) tələbələri qəbul edib.
Görüşdə İqtisadiyyat İnstitutunun icraçı direktoru Famil Rüstəmov, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Ənvər İsmayıllı iştirak ediblər.
Professor N.Müzəffərli qonaqlara İqtisadiyyat İnstitutunun fəaliyyət istiqamətləri, tarixi ənənələri, gənc tədqiqatçılara yaradılan şərait, aparılan fundamental elmi tədqiqatlar və onların ölkə üçün əhəmiyyəti barədə məlumat verib.
Görüşdə Yaponiyalı tələbələrin Azərbaycan iqtisadiyyatı ilə bağlı çoxsaylı sualları cavablandırılıb, onları maraqlandıran sosial-iqtisadi proseslər barədə məlumatlar verilib. Xüsusən də Azərbaycan -Yaponiya iqtisadi əlaqələri, regionda Azərbaycanın iqtisadi və geosiyasi rolu, iqtisadiyyatın dövlət tənzimlənməsi və s. kimi məsələlər daha çox maraq doğurub.






