Sentyabrın 25-də İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli Özbəkistanın Daşkənd KİMYO Beynəlxalq Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Akmal Allakuliyevi və onu müşayiət edən həmkarlarını qəbul etmişdir.
Bu ali təhsil ocağı Özbəkistanın ən böyük özəl universitetidir. 70 000 tələbəsi var. Hər il elmi tədqiqatlara təxminən 1 milyon ABŞ dolları həcmində vəsait ayırır.
N.Müzəffərli İqtisadiyyat İnstitutu və onun apardığı elmi tədqiqatlar haqqında, A.Allakuliyev isə rəhbərlik etdiyi Universitet barəsində ətraflı məlumat veriblər. Görüş zamanı Daşkənd KİMYO Beynəlxalq Universiteti ilə İqtisadiyyat İnstitutu arasında birgə tədqiqatların aparılmasının perspektivləri müzakirə edilmişdir.






