Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun əməkdaşları, professor Gülşən Yüzbaşıyeva və dosent Samirə Abasovanın RİNTS, Google Scholar və Research Gate indeksli, Qazaxıstanda nəşr olunan “Endless in Science” beynəlxalq elmi-praktiki jurnalında (2024-cü il, 11 saylı may nömrəsi, səh.37-44) «Структурные темпы роста ВВП: сравнительный анализ показателей стран Евразии» (“ÜDM-in struktur artım templəri: Avrasiya ölkələrinin göstəricilərinin müqayisəli təhlili”) adlı elmi məqaləsi çap olunub.






