Oktyabrın 14-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.
İnstitutun baş direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasda 2026-cı ildə doktoranturaya qəbulun nəticələri, doktorantların elmi rəhbərləri və dissertasiya mövzuları, eləcə də elmi nəşrlərlə bağlı məsələlər müzakirə olunub.
İclasda Təhsil şöbəsinin müdiri Ellada Xankişiyeva 2026-cı ildə İqtisadiyyat İnstitutunun doktoranturasına fəlsəfə doktoru proqramı üzrə qəbulun nəticələri barədə məlumat verib. Bildirilib ki, qəbul imtahanlarının nəticələrinə əsasən, doktoranturaya 24 nəfər qəbul olunub.
Daha sonra doktorantlar Elmi Şuranın üzvlərinə təqdim edilib, onlar özləri və elmi maraqları barədə məlumat veriblər. Doktorantların iştirakı ilə hər birinin elmi rəhbəri və dissertasiya mövzusu müzakirə olunub və təsdiqlənib.
İclasda, həmçinin İnstitutun elmi katibi, i.e.d. Leyli Allahverdiyevanın təqdimatı əsasında İnstitutun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Jalə Əliyevanın “Əlilliyi olan şəxslərin həyat keyfiyyəti” adlı monoqrafiyası müzakirə edilib. Müzakirələrin nəticəsində monoqrafiyanın çapa tövsiyə olunması barədə qərar qəbul edilib.






