Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib. İclasda professor Elşad Məmmədov Şuranın sədri, Bəhruz Məmmədzadə Şura sədrinin müavini, Ramilə Mahmudova isə Şuranın katibi seçiliblər.
Tədbir çərçivəsində seçki prosesi başa çatdıqdan sonra Şura üzvlərinin nazir Sahil Babayevlə və nazirliyin digər rəhbər işçiləri ilə görüşü keçirilmişdir. Məzmunlu, konstruktiv müzakirələr şəraitində keçirilən görüşdə ölkədə sosial müdafiə sistemində son illər ərzində həyata keçirilən islahatlar, mütərəqqi mexanizmlər, əldə olunan nəticələr geniş şəkildə təhlil edilib, Nazirlik ilə Şura arasında əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparılıb, müvafiq razılıqlar əldə olunub. İclasın sonunda nazir Şura üzvlərinə üzvlük haqqında vəsiqələri təqdim edib.






