Noyabrın 24-də ETN İqtisadiyyat İnstitutunda professor Elşad Məmmədovun sədrliyi ilə 5308.01 -“Ümumi iqtisadiyyat” ixtisası üzrə elmi seminar keçirilmişdir.
Seminarda iddiaçı Toğrul Rahid oğlu Məlikzadənin iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycanda dövlət büdcəsinin formalaşmasında ortamüddətli xərclər çərçivəsinin tətbiqinin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.
T.Məlikzadə dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra rəyçilərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub.






