Noyabrın 6-da ETN İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclasında İnstitutun doktorantı Məmmədov Cəmaləddin Pərviz oğlunun 5312.01- “Sahə iqtisadiyyatı” ixtisası üzrə, iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycan Respublikasinda mədəniyyət sahəsinin iqtisadiyyata təsirinin qiymətləndirilməsi” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib.
Prof. Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasda iddiaçı C.Məmmədov dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.org.az).






