Hörmətli həmkarlar!
11 noyabr saat 12:00-da İqtisadiyyat İnstitutunun Gənc Alimlər Şurasının növbəti iclası keçiriləcək. 30-31 oktyabr 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetinin ev sahibliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29) keçirilib. İqtisadiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının ümumilikdə iştirak edən 15 nəfər üzvü olmaqla, İnstitutun gənc əməkdaşlarından 1 nəfər əyani, 4 nəfər hibrid qaydada çıxış etməklə iştirak etmişdir. İnstitutun doktorantlarından 2 nəfər əyani və 8 nəfər hibrid qaydada konfransda çıxış edərək təmsil olunmuşdurlar. Gənc Alim və Mütəxəssislər Şurasının iclasında keçirilmiş konfransda əyani və hibrid qaydada iştirak edən əməkdaş və doktorantların tədqiqat mövzuları dinləniləcək. Bütün gənc əməkdaşlar, doktorantlar və tədqiqatçılar dəvətlidir.
Arzu edənlər Zoom proqramı vasitəsi ilə də qoşula bilərlər:
Iqtisadiyyat Institutu приглашает вас на запланированную конференцию: Zoom.
Тема: Iqtisadiyyat Institutu's Personal Meeting Room
Подключиться к конференции Zoom
https://us06web.zoom.us/j/3935714923?pwd=HYx0Mr5WfT1z53R2n2JpAOkJ6Hr9P9.1
Идентификатор конференции: 393 571 4923
Код доступа: 2025






