ETN İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Nəsimi Əhmədov 26-30 oktyabr 2026-cı il tarixlərində Avstriyada, Birgə Vyana İnstitutunda Beynəlxalq Valyuta Fondunun İxtisasartırma İnstitutunun təşkilatçılığı ilə keçirilən "Makroiqtisadi çərçivədə iqlim" mövzusunda beynəlxalq kursda iştirak etmişdir.
Kurs iki hissədən ibarət olan hibrid formatda keçirilmişdir. Birinci hissə iştirakçıların “Makroiqtisadi çərçivədə iqlim" kursunu daha yaxşı anlamalarını təmin etmək məqsədilə maliyyə proqramlaşdırılması və siyasəti və borc dinamikası aləti üzrə zəruri bacarıqlara yiyələnmələri üçün iki həftə ərzində (21 sentyabr – 2 oktyabr 2026-cı il tarixlərində) virtual formatda təşkil olunmuşdır. İştirakçılar müəyyən edilmiş materialları fərdi qaydada öyrənmişlər. Kursun ikinci hissəsi isə 26-30 oktyabr 2026-cı il tarixlərində Avstriyanın Vyana şəhərində əyani formatda baş tutmuşdur.
İqlim dəyişikliyinin iqtisadi fəaliyyətə təsirinin getdikcə daha qabarıq xarakter alması və iqlim siyasətinin bir çox iqtisadiyyatları yenidən formalaşdıracağı gözlənildiyi bir vaxtda, dövlət rəsmiləri bu təsirləri öz makroiqtisadi çərçivələrinə daxil etmək problemi ilə üz-üzədirlər. Bu kurs iştirakçıları iqlim amillərini siyasətin formalaşdırılmasına inteqrasiya etmək üçün makroiqtisadi çərçivələr, alətlər və modellərlə təmin edir, həmçinin onları iqlimlə bağlı iqtisadi riskləri və həssaslıqları nəzərə almağa hazırlayır.
Maraqlı və faydalı müzakirələr atmosferində baş tutan kursda dos. Nəsimi Əhmədov təqdimatla çıxış etmiş və tədbirlərdə fəal iştirak etmişdir. Kursu müvəffəqiyyətlə bitirdiyinə görə sonda ona beynəlxalq sertifikat təqdim edilmişdir.






