13 noyabr 2026-cı il tarixində saat 14:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun konfrans zalında “Monetar və fiskal tənzimləmə problemləri” və “Xidmət sferasının iqtisadiyyatı” şöbələrinin iştirakı ilə Babazadə Zöhr İsa oğlunun 5301.01 – “Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycanın bank sektorunda risk əsaslı yanaşmanın səmərəliliyinin yüksəldilməsi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək.
Müzakirədə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsi ilə qoşula bilərlər:
https://us06web.zoom.us/j/88590399262?pwd=U1SChvp2zo7a4ebvgoHNz3BECjbMeT.1
Giriş kodu: 1311
Konfrans İD-si: 885 9039 9262






