Vebinar zamanı "Web of Science", "Journal Citation Reports" (JCR) və "InCites" platformalarının imkanlarından istifadə etməklə açıq girişli elmi məzmun müəyyənləşdiriləcək, onun tədqiqat təsiri qiymətləndiriləcək, bu istiqamətdə əməkdaşlıq imkanları təhlil ediləcək və açıq giriş jurnallarının seçimi ilə bağlı praktiki yanaşmalar müzakirə olunacaq.
"Ustadla Görüş: Tədqiqatda keyfiyyətə doğru" rubrikasının bu dəfəki qonağı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinin müdiri İltifat İbrahimovdur.
Görüş zamanı Azərbaycanda Açıq Elm və Açıq Əlyetərlik istiqamətində həyata keçirilən islahatlar və layihələr haqqında ətraflı məlumat təqdim olunacaq, bu təşəbbüslərin ölkəmizdə elmi tədqiqatların inkişafına və ayrı-ayrı tədqiqatçıların fəaliyyətinə verdiyi töhfələr müzakirə ediləcək.
Mövzu: Açıq Elmin potensialını birlikdə kəşf edək
Təqdimatçı: Xəyalə Hacıyeva
Clarivate, müştəri məmnuniyyəti üzrə məsləhətçi
Qonaq: İltifat İbrahimov
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinin müdiri
Tarix: 28 oktyabr 2026-cı il
Saat: 14:30
Qeydiyyat linki: https://bit.ly/4jTviYY
Qeyd: Link vasitəsilə qeydiyyatdan keçərkən çətinlik yaranarsa, posterdəki QR kodu skan edərək qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyatın təsdiqi və ya vebinara qoşulma linki elektron poçtunuza daxil olmadıqda, zəhmət olmasa, "Spam" qovluğunu yoxlayın.






