Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun İnklüziv sosial inkişaf şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru (i.f.d.) Vəfa Həşimovanın “Pensiya sisteminin liberallaşdırılması” kitabı çapdan çıxıb.
İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilən monoqrafiyanın elmi redaktoru iqtisad elmləri doktoru (i.e.d.), professor Rəsmiyyə Abdullayeva, rəyçiləri i.e.d. Yaşar Məmmədov və i.f.d., dosent Jalə Əliyevadır.
Monoqrafiyada pensiya sisteminin liberallaşdırılmasının nəzəri əsasları, dünya təcrübəsi, həmçinin pensiya sisteminin liberallaşdırılmasına təsir edən iqtisadi, demoqrafik və sosial amillər tədqiq olunmuşdur. Azərbaycanda pensiya sisteminin mövcud vəziyyəti qiymətləndirilərək onun gücləndirilməsi istiqamətləri göstərilmişdir.
Monoqrafiya elmi işçilər, ali məktəb müəllimləri, tələbələr, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.






