05–06 dekabr 2026-ci il tarixlərində Naxçıvan Dövlət Universitetində hibrid formatda “Texnoparkların təhsildə və iqtisadi inkişafda rolu” IV Beynəlxalq Simpoziumu keçiriləcəkdir.
Texnoparklar malik olduğu struktur bölmələrlə sxematik olaraq, hər bir ideya, səmərəliləşdirici meyarlar və perspektivli nəticələr üçün açıq bir sistemdir. Burada tədqiqatçıların, yaradıcı gənclərin təmsilolunma hüquqları böyük əhatədə formalaşır. Bununla da, ümumilikdə, Texnoparklar ideyalar, layihələr və təşəbbüslər mərkəzi olmaqla, eyni zamanda, təhsildə və iqtisadi inkişafda onların dəyərləndirilməsi proseslərində təcrübə mərhələsinə müsbət töhvə verir.
“Təhsildə və iqtisadi inkişafda texnoparkların rolu” beynəlxalq simpoziumu yeni iqtisadi idarəetmə mərhələsində texnoloji təsisatların və innovasiyaların iqtisadi inkişafda və təhsildə rolunun səmərəli nəticələrinin müzakirə olunması və yeni layihələrə zəmin yaratması istiqamətində mühüm töhfə verəcəkdir.
Bura dəvət olunan əcnəbi və yerli tədqiqatçılar konfrans zamanı həmkarları arasında ən son araşdırmalarını və fikirlərini bölüşəcəklər.
Beynəlxalq Simpoziumun keçirilməsinin əsas məqsədi müvafiq mövzu üzrə elm adamlarının çoxistiqamətli elmi araşdırma nəticələrinin kompleksləşdirilməsi, sistemləşdirilməsindən ibarətdir.
Texnoloji təsisatların və innovasiyaların təhsil və iqtisadi inkişaf üçün əhəmiyyətinə dair tədqiqatların yer alacağı simpoziuma təqdim olunan məqalə və tezislər elmi komitə tərəfindən incələnəcək və sonda nəşr olunacaqdır.
Tel: Əşrəf Ələkbərov: +994 70 240 51 81
Aşağıdakı linkə daxil olmaqla konfrans haqqında məlumatla ətraflı tanış ola bilərsiniz:






