Aprelin 24-də ETN İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclasında İnstitutun doktorantı Piriyev Qəhrəman Məhəmməd oğlunun 5307.01 – “İqtisadi nəzəriyyə” ixtisası üzrə “Qlobal iqtisadi böhranların iqtisad elminin prioritetlərinə təsiri (2020-ci il pandemiyası timsalında)” mövzusunda iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib.
Professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasda iddiaçı Q.Piriyev dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.org.az).






