Martın 16-da Ağdaş Rayon İcra Hakimiyyətində Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşı ilə keçirilən işgüzar görüşdə “Ağdaş rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılmasına təşviq və dəstək mexanizminin hazırlanması” layihəsi çərçivəsində müzakirələr aparılıb.
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə qonaqlara rayon iqtisadiyyatının potensial imkanları, həyata keçirilən və nəzərdə tutulan sosial-iqtisadi tədbirlər, yeni layihələr barəsində məlumat verib.
Layihənin koordinatoru, İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Tərbiz Əliyev layihə üzrə nəzərdə tutulan elmi tədqiqatların əsas istiqamətləri və planlaşdırılan tədbirlər barədə danışıb. Sonra layihə çərçivəsində nəzərdə tutulan təşkilati məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin bir qrup məsul əməkdaşları ilə yanaşı İqtisadiyyat İnstitutunun ümumi işlər üzrə direktor müavini Şakir Alıyev, şöbə müdirləri - i.e.d. Allahyar Muradov və i.f.d. Mahir Zeynalov da iştirak ediblər (economics.org.az).






