Oktyabrın 19-da ETN İqtisadiyyat İnstitutunda prof. Fuad Qənbərovun sədrliyi ilə 5307.01 - “İqtisadi nəzəriyyə” ixtisası üzrə elmi seminar keçirilmişdir.
Seminarda Aşırlı Aysel Rasim qızının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Mənəvi dəyərlərin iqtisadi inkişafa təsirinin qiymətləndirilməsi” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.
A.Aşırlı dissertasiya işinin əsas məzmunu ətrafında təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini, irad və tövsiyələrini bildiriblər, geniş müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.org.az).





