31 – Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun icraçı direktoru iqtisad üzrə fəlsəfə doktoru, dosent Famil Rüstəmovun və Kadrlar şöbəsinin müdiri Yulduz Əliyevanın doğum günüdür.
Hörmətli əməkdaşlar, Sizi doğum gününüz münasibətilə kollektivimiz adından səmimi-qəlbdən təbrik edirik.
Peşəkar fəaliyyətiniz, yüksək məsuliyyətiniz, idarəçilik bacarığınız və kollektivə verdiyiniz töhfələr üçün Sizə minnətdarıq!
Arzu edirik ki, yeni yaşınız həyatınıza yeni nailiyyətlər, uğurlu layihələr və xoş hadisələrlə zəngin olsun. Sizə möhkəm can sağlığı, ailənizə əmin-amanlıq, işlərinizdə isə daim yüksəliş və böyük uğurlar diləyirik.
Doğum gününüz mübarək!






