Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun "Aqrar sektorun iqtisadi problemləri” şöbəsinin aparıcı elmi işçisi, i.f.d., dosent Rəmzi Adullayevin SCOPUS bazasına daxil olan beynəlxalq elmi jurnalda məqaləsi nəşr edilib.
“Agricultural export concentration and market diversification in Azerbaijan: A human capital perspective” adlı məqalə Q3 kvartilli Sinqapurun “Human Resources Management and Services” elmi jurnalında çap olunub.
Məqalə SCOPUS bazasında indeksləşib.
Bununla yanaşı R.Adullayev Q1 kvartilli Böyük Britaniyanın “Heliyon” elmi jurnalına təqdim olunmuş məqaləyə kənar ekspert kimi rəy verib. Ona Elsevier Reviewer Hub-da (reviewerhub.elsevier.com) rəyin tanınması sertifikatı göndərilib.






