Sentyabrın 25-də ETN İqtisadiyyat İnstitutunun “Aqrar sektorun iqtisadi problemləri” və “Monetar və fiskal tənzimləmə problemləri” şöbələrinin birgə iştirakı ilə Nicat Həmzə oğlu Muradovun 5312.01 – “Sahə iqtisadiyyatı” ixtisası üzrə “Aqrar sahənin dayanıqlığının təmin olunmasında maliyyə-kredit resurslarından istifadənin səmərəliliyinin artırılması” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib.
N.Muradov dissertasiya işinin əsas məzmunu ətrafında təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin rəyi dinlənilib. İddiaçı rəyçilərin və şöbə əməkdaşlarının ona ünvanlanmış suallarını cavablandırıb. Dissertasiya işi ilə bağlı çıxış edənlər öz fikirlərini, irad və tövsiyələrini bildiriblər, geniş müzakirələr aparılıb. Sonda dissertasiya işi səsvermə yolu ilə növbəti müzakirə mərhələsinə tövsiyə olunub (economics.org.az).






