Hörmətli həmkarlar,
Məlumat üçün bildiririk ki, 24 sentyabr 2026-cı il tarixində saat 15:00-da “Yapay Zeka Destekli ProQuest Central ile Araştırmalarınızı Güçlendirin” adlı onlayn vebinar keçiriləcək.
Türk dilində təşkil olunacaq və 60 dəqiqə davam edəcək vebinarın təqdimatçısı Handan ILIC olacaq.
Vebinar çərçivəsində iştirakçılar:
ProQuest Central platformasının əhatə dairəsi və təqdim etdiyi məzmun növləri ilə tanış olacaq;
effektiv axtarış və filtrləmə üsulları haqqında məlumat əldə edəcək;
tam mətnli akademik resurslara sürətli çıxış imkanlarını öyrənəcək;
tədqiqat prosesində platformanın əsas alətlərindən istifadə qaydaları ilə tanış olacaq;
ProQuest Research Assistant süni intellekt alətinin əsas funksiyaları haqqında məlumat əldə edəcəklər.
Vebinarda iştirak etmək istəyən şəxslər aşağıdakı keçid vasitəsilə əvvəlcədən qeydiyyatdan keçə bilərlər:
https://clarivatesupport.webex.com/weblink/register/r86b67a978bc126090ef25878181be7b9
Tarix: 24 sentyabr 2026-cı il
Saat: 15:00
Müddət: 60 dəqiqə
Təqdimat dili: Türk dili
Təqdimatçı: Handan ILIC
Qeyd edək ki, məlumatı müəssisənizin digər əməkdaşları və tədqiqatçıları ilə də bölüşə bilərsiniz.
Hörmətlə,
Elmi müəssisələrlə iş şöbəsi
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi
AZ1072, Azərbaycan, Bakı, Aşıq Alı küçəsi 45
Əlaqə: Tel: 146 - 6, www.eatda.edu.az






